Yaponiyada 5,6 bal gücündə zəlzələ olub

yaponiyada-56-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 649

Yaponiyanın şimal-şərqində 5,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin metereoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Fukusima prefekturası yaxınlığında, 40 km dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi yoxdur.

Dağıntı və xəsarət alanlar barəsində məlumat verilməyib.