Yaponiyada iki təyyarə toqquşdu

yaponiyada-iki-teyyare-toqqusdu
Oxunma sayı: 1239

Yaponiyanın paytaxtı Tokiodakı Narita hava limanında iki karqo təyyarəsi toqquşub.

“Qafqazinfo” “Airturkhaber”ə istinadən xəbər verir ki, Şanxaya uçmağa hazırlaşan “All Nippon Airways” (ANA) şirkətinə məxsus təyyarə geri hərəkət edərkən dayanmış vəziyyətdə olan “Fedex”ə məxsus təyyarəyə çırpılıb.

Hadisə nəticəsində ANA-nın təyyarəsinin şaquli stabilizatoru dağılıb. “Fedex”in təyyarəsinin isə arxa mühərrikinə ziyan dəyib.

Qəza zamanı heç kimə xəsarət almayıb.

Hər iki təyyarənin reysi təxirə salınıb və təmirə göndərilib.