Yaponiyada istilərə görə 1000 nəfər xəstəxanalıq olub

yaponiyada-istilere-gore-1000-nefer-xestexanaliq-olub
Oxunma sayı: 647

Yaponiyada isti hava şəraitinə görə həftə ərzində 1000 nəfər xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkənlərin yarısı 65 yaşdan yuxarı insanlardır. 

Sinoptiklər isti havların yaxın bir neçə gündə də davam edəcəyini proqnozlaşdırırlar. Meteoroloqlar əhalini küçədə mümkün qədər az qalmağa və tez-tez su içməyə çağırıblar.