Yaponiyada zəlzələ oldu

yaponiyada-zelzele-oldu
Oxunma sayı: 880

Yaponiyanın şimal-şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Ofunato şəhərindən 243 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar haqda məlumat yoxdur.

Sunami təhlükəsi elan edilməyib.