Yaponiyada zəlzələ qurbanlarının sayı daha da artdı

yaponiyada-zelzele-qurbanlarinin-sayi-daha-da-artdi
Oxunma sayı: 1352

Yaponiyanın Hokkaydo adasında baş vermiş zəlzələ qurbanlarının sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərin sayı 21, itkin düşənlərin sayı isə 13 nəfər olub. Təbii fəlakət yerində özünümüafiə qüvvələrinin, polis və yanğından mühafizə xidmətinin 40 mindən çox əməkdaşı işləyir.

Qeyd edək ki, sentyabrın 6-da Hokkaydoda 6,7 bal gücündə zəlzələ baş verib.