Yaponiyanın məşhur dizayneri AzMİU tələbələrinə Ustad dərsi keçib

yaponiyanin-meshur-dizayneri-azmiu-telebelerine-ustad-dersi-kecib
Oxunma sayı: 1102

Yaponiyanın məşhur işıq dizayneri Daisuka Yano Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələrinə Ustad dərsi keçib.

"Qafqazinfo" xəbər verir ki, Yaponiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə baş tutan görüşdə səfirliyin müşaviri cənab Yamanaka, 3-cü katibi Saki Ucidate iştirak edib.

AzMİU-nun beynəlxalq əlaqələri üzrə prorektoru, professor Nərgiz Abdullayeva universitetin rəhbərliyi adından bu görüşü təşkil etdiyi üçün Yaponiyanın ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib. Səfirliyin müşaviri də bu görüşün memarlıq və dizayn üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki, işıq və kölgə üzrə mütəxəssis olan Daisuke Yano Yaponiyanın Musashino İncəsənt Universitetinin məzunudur. 2010-cu ildə Tokio İşıqlandırma Dizaynı şirkətini yaradıb, binaların işıqlandırılması, tədbirlərdəki işıq effektləri, installation kimi müxtəlif janrlarda fəaliyyət göstərən işıqlandırma dizaynını inkişaf etdirib. 

Müşavirin çıxışından sonra Yano master klass nümayiş etdirib, bu günə qədər Yaponiyada həyata keçirdiyi layihələr barədə geniş təqdimatla çıxış edib. Onun 2015- ci ildə həyat keçirdiyi “Night Wave” layihəsi (təbii dəniz dalğalarını vizullaşdırmaqla dəniz sahilini işıqlandırmaq) tələbələrin marağına səbəb olub. Şirkətin əməkdaşı Kenuke Fucishironun dərs keçirilən qaranlıq auiditoriyada görünməyən şəraitdə kibritlə məkanı, ətrafı maraqlı şəkildə işıqlandırmaq və bununla da işığın bəzi fiziki xüsusiyyətlərinə nəzər salmaq performansı da maraqla qarşılanıb.

Sonda Daisuka Yano səmimi qarşılama və görüş üçün təşəkkürünü bidirib.