Yaponlar dənizdə dünyanın ən dərin quyusunu qazıblar

yaponlar-denizde-dunyanin-en-derin-quyusunu-qaziblar
Oxunma sayı: 633

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaponiya okeanoloqlarına dənizdə ən dərin quyunu qazmaq müyəssər olub. Xəbərlərdə 7740 metr dərinliyi olan quyunun qazılması ilə yeni dünya rekordu müəyyən edilib.

İTAR-TASS informasiya agentliyinin məlumatına görə, xüsusi tədqiqat gəmisi “Tikyu”nun da cəlb olunduğu qazma işləri ötən ilin mart ayında baş verən güclü zəlzələdən sonra seysmoloji hadisələrin səbəblərinin öyrənilməsi üçün aparılıb. Alimlər sözügedən qazma işlərinin aparıldığı ərazini Yaponiya çökəkliyi adlandırıblar.

Məlumat üçün deyək ki, indiyədək dünyanın ən dərin çökəkliyi 1978-ci ildə amerikalı okeanoloqların enə bildiyi Marian çökəkliyi hesab olunurdu.