“Yaprak dökümü” serialında “Hayriye xanım” rolu ilə tanınan aktrisa Güvən Hokna İstanbulun Üsküdar rayonunun icra başçılığına namizədliyini irəli sürüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa DSP partiyasından namizəddir. Partiya rəhbəri Öndər Aksakal Hoknaya uğurlar arzulayıb və seçkilərdə qalib gələcəyinə əminliyini bildirib.
Aktrisa seçkilərin müdhiş keçəcəyinə inandığını və buna özünün vasitəçi olacağını deyib.