Yaralı əsgərlərin təyyarəsi sabah uçacaq- - Açıqlama

yarali-esgerlerin-teyyaresi-sabah-ucacaq-
Oxunma sayı: 1440


TRT-nin Bakı nümayəndəliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan- Ermənistan cəbhə bölgələrində gedən döyüşlərdə yaralanan 3 Azərbaycan əsgəri sabah 09 avqust 2014-cü il tarixdə təcili yardım təyyarəsi ilə Türkiyəyə göndəriləcək.

Müalicə müddəti boyunca yaralı əsgərləri ailə yaxınları və bir Azərbaycanlı həkim müşaiyət edəcək.