Yaralı hərbçi dağıntılar altından belə çıxarıldı - Video

yarali-herbci-dagintilar-altindan-bele-cixarildi
Oxunma sayı: 7316

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində partlayış zamanı yaralının dağıntılar altından çıxarılmasını əks etdirən görüntülər yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur. Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib.

O.Məmmədli xilas edilərkən hərbi formada olub.

Qeyd edək ki, partlayış nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.

Dağıntılar altında qalanlar var.