Yaralı hərbçilər müalicə üçün Türkiyəyə göndərilir

yarali-herbciler-mualice-ucun-turkiyeye-gonderilir
Oxunma sayı: 1701


Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılır.

“Qafqazinfo”nun məlumatına görə, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.