Yaralıların vəziyyəti necədir?

yaralilarin-veziyyeti-necedir
Oxunma sayı: 1327

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində 30 yaralı xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər İcra hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev yaralıların hazırkı vəziyyəti ilə bağlı “Qafqazinfo”ya bildirib ki, xəstəxanada 19 yaralı var: 

“Yaralılardan 9-u cərrahiyyə, 6-sı reanimasiya, 4-ü isə neyrocərahiyyə şöbəsinə yerləşdirilib. Hamısının vəziyyəti normaldır və həyati təhlükə yoxdur”.

Günel Hacı