Yararsız mallar məhv edilib

yararsiz-mallar-mehv-edilib
Oxunma sayı: 636

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Sabunçu rayonunda Bəxtiyar Rzayevə, Əhəd İbrahimova, Hüseyn Əzizova, Səfərəli Hüseynova, Azər Cəbiyevə məxsus mağazalarda və "Savalan market"də, Binəqədi rayonunda Qoşqar Qurbanova, Zaur Əliyevə, Nərminə Qurbanovaya, Əsəd Qəhrəmanova məxsus mağazalarda, "Murad”, "Aqşin" marketrlərdə, Daşkəsən şəhərində Tural Hüseynova, Qax şəhərində Ruslan İsmayılova, Tərtər rayonunda Sevda Məmmədovaya, Gədəbəy şəhərində Ramiz İbrahimova məxsus mağazalarda ümumi çəkisi 470 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.