“Yararsız tüfəngin yerinə daha yaxşısı mütləq var” - Daliç

yararsiz-tufengin-yerine-daha-yaxsisi-mutleq-var
Oxunma sayı: 1883

“Xorvatiya xalqını bu qədər xoşbəxt etdiyimiz üçün özümü daha çox xoşbəxtik. Bu qələbələr onlara bütün problemlərini unutdurub. Onlar 25 gündür ki, xoşbəxt yaşayır. Sabah uduzsaq da, qalib gəlsək də, seysmik bir həyəcan olacaq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Mütəxəssis sabah dünya çempionatının finalında Fransaya qarşı keçirəcəkləri oyundan danışıb. O, azarkeşlərin böyük bayram edəcəyini bildirib: “Xorvatiyada bayram olacaq. Hətta Argentina və Braziliyadan daha üstün. Həyatımda bir çox şeylər yaşadım. Amma həmişə irəli getməyi düşündüm. Bu yolda enişlər və yüksəkliklər var idi. Amma özümə inanım müvəffəqiyyət üçün açar idi. Mübarizə aparmaq lazımdır. Ağlım həmişə məni idarə etdi”.

Daliç futbolçularının sabah meydanda nə etməli olduqlarını bildiyini söyləyib: “Dünya çempionatının finalıdır və hər kəs meydanda nə etməli olduğunu bilir. Onlar bilir ki, potensial nədir. Onlara verdiyim öyüdlərin işə yarayacağını düşünürəm. Bu oyunlar olmayan müddətdə daha çox istirahət etdik. Kiçik problemlərimiz var. Ümid edirəm ki, hər kəs hazır olacaq. Olmayan yerinə daha yaxşısı mütləq var. Yararsız tüfəngin yerinə daha yaxşı tüfəng mütləq var. Mən narahat deyiləm”.