Yarımçıq doğulan körpəsini eyvandan atan anaya - 10 il həbs cəzası

yarimciq-dogulan-korpesini-eyvandan-atan-anaya
Oxunma sayı: 2378

Ankarada faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Fatma Təpə adlı qadın vaxtından əvvəl dünyaya gəlmiş uşağını eyvandan ataraq öldürüb.  29 yaşlı qadın 8 aylıq ikən doğuşa girib. Doğuşdan sonra Fatma uşağını pəncərədən atıb.

Səkiyə dəyən körpə dünyasını dəyişib. Sakaryada ələ keçirilən Fatma Təpəyə 10 il həbs cəzası verilib.