“Yarımçıq əlyazma” qırğız dilində- - Foto

“Yarımçıq əlyazma” qırğız dilində-
Oxunma sayı: 1042


“Qafqazinfo” xəbər verir ki, ilk dəfə 2004-cü ildə nəşr olunmuş əsər daha sonra Fransada, Türkiyədə, Rusiyada, Braziliyada, Polşada, Qazaxstanda tərcümə olunaraq nəşr edilib. Hazırda Misirdə ərəb dilində çapa hazırlanır. Oxucuların romana böyük maraq göstərdiyini nəzərə alaraq kitabın Qırğız dilinə tərcümə olunub nəşrini məqsədəuyğun hesab etdik.

Roman Dədə Qorqud, Şah İsmayıl Xətai və müasir dövr insanlarının bir-birilə ünsiyyət cəhdinin bədii ifadəsidir.

Romanı Qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev və Bekten Dıykanbay tərcümə etmişlər. Kitabın redaktoru Mukan Asanaliyevdir. Qeyd edək ki kitaba önsözü Qırğızstan Milli Elmlər akademiyasının vise prezidenti, akademik Abdıldaca Akmataliyev yazıb.

500 nüxsə ilə nəşr edilən kitab oxucular arasında pulsuz yayılması nəzərdə tutulur.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi