Yarımfinalçılar bu gün müəyyənləşir

yarimfinalcilar-bu-gun-mueyyenlesir
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk oyunda 1:3 hesabı ilə məğlub olan AZAL evdə “Bakı”dan qisas almağa çalışacaq. “Təyyarəçilər”i bu görüşdə 2:0 hesablı qələbə də qane edir.
“Qarabağ” Quzanlıda “Qəbələ”ni qəbul edəcək. İlk oyunda hərəyə iki dəfə fərqlənən tərəflərin qaşılaşması bu dəfə də gərgin mübarizə vəd edir.
Ən maraqla gözlənilən matç Lənkəran şəhər stadionunda baş tutacaq. “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək. İlk qarşılaşmada minimal hesablı qələbə qazanan “İnter”i Lənkəranda heç-heçə də qane edir.
Çempion “Neftçi” isə “Kəpəz”i qəbul edəcək.

AZAL - "Bakı"
(ilk oyun: 1-3)
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xəqani Məmmədov
"AZAL Arena" stadionu. Saat 16:00

"Qarabağ" - "Qəbələ"
(ilk oyun: 2-2)
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
Quzanlı qəsəbə stadionu. Saat 15:00

"Xəzər Lənkəran" - "İnter"
(ilk oyun: 2-3)
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Gülağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:00

"Neftçi" - "Kəpəz"
(ilk oyun: 2-1)
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00
Ceyhun Əhmədov