Yarışmadan qovula bilər - Hamı onu 1-ci görür...

yarismadan-qovula-biler
Oxunma sayı: 1614

Bu il Niderlandı “Eurovision”da təmsil edəcək Duncan Laurence  müsabiqədən kənarlaşdırıla bilər.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin beynəlxalq layihənin qaydalarını pozmasıdır. 

Belə ki, ifaçının 2017-ci ildə yarışma mahnısı olan “Arcade”yi ifa edən görüntüləri yayılıb. Bununla da o, Avropa Yayım Birliyinin (EBU) müsabiqədə özəl mahnı təqdim etmə qaydasını pozmuş olub. 

Bu məqamda qeyd edək ki, yarışmada yalnız “Eurovision” üçün yazılan mahnılar səsləndirilməlidir. 

Xatırladaq ki, Duncan Laurence bukmeyker proqnozlarına görə, bu il qalib olacaq sənətçidir. O, siyahıda birincidir.