Yarmarkalar başlayır

yarmarkalar-baslayir
Oxunma sayı: 963


 

"Qafqazinfo" xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil edilmiş yarmarkalarda istehlakçılar müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə bilərlər.

Yarmarkalar 28-31 dekabr tarixlərində keçiriləcək. 

Satış yarmarkalarının ünvanları:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;

Xətai rayonu
- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

 Nəsimi rayonu
- “Təzə bazar”ın ərazisi;
 
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
 
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

 Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.