“Yas məclislərində bircə araq çatışmır”- - Nadir

yas-meclislerinde-birce-araq-catismir-
Oxunma sayı: 1507


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki,verilişdə qonaq olan sənətçi toylarda və yaslarda baş verən israfçılıqlardan danışıb.

“Müğənniyə 15 min verib toya çağırırlar. Buna dəyər. Çünki,o pul Azərbaycanda qalır. Xaricdən isə müğənni çağırın,150 min verirlər.O pul isə ölkədən çıxır. Onu bizə versinlər, onsuz bizdə burda xərcləyirik. Ümumiyyətlə, toylarımızda israfçılıq baş alıb gedir. Xarici ölkələrdə belə deyil. Onlar toylarında ancaq meyvə şirəsi və şirniyyat verirlər. Toydan yığılan pula isə, gənc cütlüyün gələcəyi üçün nəsə edirlər. Yas məclislərində də israfçılıq baş alıb gedir. Bəzi yas məclisləri,şadlıq evlərini geridə qoyur. Üzr istəyirəm, elə bil bircə araq çatışmışır. Utanmasalar, bunu da edərlər. Tək araq yox, viski və konyakda stolun üzərinə qoyarlar”.