Yas mərasimi bu rayonda 600-800 manata başa gəlir

yas-merasimi-bu-rayonda-600-800-manata-basa-gelir
Oxunma sayı: 3746

2014-cü ilin avqust ayından etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri  təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə deyilir ki, əgər əvvəllər yas sahibi  3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla təşkil etmək olur. Rayonun axundu Nəriman Nəsirov deyir ki, son 5 ilə yaxın dövrdə rayonda 800-dən artıq yas mərasimi olub ki, həmin yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda  4.5 milyon manatdan artıq vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.