Yasamal rayon məktəbliləri Naxçıvana səyahət edib

Yasamal rayon məktəbliləri Naxçıvana səyahət edib
Oxunma sayı: 389

Martın 13-də Yasamal rayon İcra Hakimiyyətində növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra məktəblilər və rayon rəhbərliyi ulu öndər Heydər Əliyevin büstünün gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad edib.

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, artıq altıncı ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin təhsildə nailiyyətləri ilə fərqlənən 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq ənənə halı alıb.

Martın 15-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 27 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşdılar. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Yasamal rayon məktəbliləri 4 gün davam edəcək Naxçıvan Muxtar Respublikası turu üzrə Ordubad, Culfa, Şahbuz rayonlarının müasir həyatı, tarixi irsi, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri ilə tanış olacaqlar. Təntənəli yolasalma mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, valideynlər, müəllimlər, müharibə və əmək veteranları, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Yasamal rayon 22 saylı Musiqi Məktəbinin, İncəsənət gimnaziyasının və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri bədii kompozisiyalarla çıxış ediblər.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi