Yasamal rayonunda növbəti səyyar qəbul-görüş keçirildi - Foto

yasamal-rayonunda-novbeti-seyyar-qebul-gorus-kecirildi
Oxunma sayı: 932

Mayın 20-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Mikayıl müşfiq küçəsi, 501-ci məhəllənin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin 2019-cu ilin ilk aylarından başlayaraq ölkəmizdə apardığı sosial-iqtisadi islahatlar haqqında sakinlərə ətraflı məlumat verib. 

Ə.Əzizov xüsusilə Prezidentin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılmasını, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatların davamlı, dayanıqlı olduğunun sakinlərin diqqətinə çatdırıb.

O, rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd edib.

Sakinləri maraqlandıran məsələlər əsasən qurumuş ağacların kəsilməsi, kommunal xidmətlər, ərazinin abadlaşdırılması, və su ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.