Yasamalda bayram şənlikləri davam edir

yasamalda-bayram-senlikleri-davam-edir
Oxunma sayı: 1160

Martın 20-də Yeni Yasamal yaşayış massivində yerləşən, baxımsızlıqdan yararsız vəziyyətə düşmüş, lakin ötən il Yasamal rayon icra Hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilımiş istirahət parkında Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının təşkilatçılığı ilə Novruz bayramı bir daha qeyd edilib.

"Qafqazinfo" xəbər verir ki, şənlikdə icra başçısı Əziz Əzizov, rayon İcra Hakimiyyətinin Başçısı Aparatının, rayon bələdiyyəsinin, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri və yaşayış massivində məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Tamaşaçılara Yeni Yasamal yaşayış massivində yaşayan sakinlərdən və məcburi köçkünlərdən ibarət həvəskar sənətçilərin konsert proqramı təqdim olunub. 

Bayram şənliyi iştirakçıları üçün təşkil edilmiş ictimai iaşə xidməti tədbirin cazibədarlığını və rayon sakinlərinin tədbirə olan marağını daha da artırıb.