Yasamalda binada yanğın olub

yasamalda-binada-yangin-olub
Oxunma sayı: 643

Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 3-cü mərtəbəsində yerləşən elektrik lövhəsində 8 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.