Yasamalda eyvanları sökməyə başladılar - - Fotolar

yasamalda-eyvanlari-sokmeye-basladilar-
Oxunma sayı: 2851


“Qafqazinfo” bizimyol.info-ya istinadən bildirir ki, artıq binanın eyvanında olan sənədsiz tikililər sökülür. İcra hakimiyyəti bu işləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqələndirir. H.Abutalıbov söküntü işlərinin başa çatması üçün 2 saat vaxt qoyub.

Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi hazırda söküntü ərazisindədir. Sakinlər ona əlavə tikili ilə bağlı icra hakimiyyətinin sənədlərinin sürətini təqdim ediblər. Bu barədə merə məruzə olunduqdan sonra o, sənədsiz tikililərin sökülməsində israrlı olduğunu deyərək, sənədli tikililərlə bağlı məsələyə bu gün iş saatının sonuna qədər baxılacağını bildirib.

Sakinlər deyirlər ki, evlərinə bitişik olan əlavə tikililər sökülərsə evlərini tərk etməyəcəklər. Onlar sənədli  tikililərin sökülməsini qeyri-qanuni hesab edirlər.


“Qafqazinfo”