Yasamalda səyyar görüş - Fotolar

yasamalda-seyyar-gorus
Oxunma sayı: 1494

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində 528-ci məhəllənin sakinlərilə keçirib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb.  

Rayonun 528-ci məhəllənin sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər.  Sakinləri maraqlandıran məsələlər əsasən yaşılıqların budanması, və həyətlərdə abadlıq işlərinin aparılması ilə bağlı olub. 

İcra başçısı sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.