Yasamalda yanğın, 25 nəfər təxliyə olundu

yasamalda-yangin-25-nefer-texliye-olundu
Oxunma sayı: 2272

Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.