“Yaşandı” ekranlaşdırıldı

yasandi-ekranlasdirildi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, mahnının musiqisi bəstəkar Pərviz Mahmudov, sözləri Aygün İsmayılovaya məxsusdur. İki versiyada hazırlanan “Yaşandı”nın lirik versiyasını Rəhman, akustik variantını isə Emin Kərimi aranjeman edib. İki həftəyə yaxındır radio dalğalarında səslənən mahnı qısa müddət ərzində tələb edilənlər sırasına daxil olub. “Yaşandı”ya rejissor Rəhman Əliyev quruluş verib.

“Yaşandı” nakam məhəbbətdən bəhs edir. Kompozisiyanın musiqisi məhəbbəti anlayan hər kəsin qəlbinin sarı simlərinə toxunacaq: “Mahnının mənə çox uğur gətirəcəyinə inanıram. Çünki Pərviz mahnılarının “kralı”nı mənə verib. Bu mahnıdan səs imkanlarımdan geniş istifadə etmişəm”. P. Mahmudovsa klipi çox bəyəndiyini etiraf edib: “Klipin bu qədər uğurlu alınacağını gözləmirdim. Bu münasibətlə yaradıcı heyəti təbrik edirəm. Mahnıda söz və musiqi nə qədər vəhdət təşkil edibsə, klip də bunu tamamlayıb”.
Aynur B.