Yaşar Cəlilov əməliyyat olunub

yasar-celilov-emeliyyat-olunub
Oxunma sayı: 2456



"Qafqazinfo" xəbər verir ki, o, Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnatitutunun xəstəxanasında əməliyyat edilib. Müğənni bildirib ki, hazırda özünü yaxşı hiss edir:"Yaydan bəri ayağımda narahatlıq hiss edirdim, rahat yeriyə bilmirdim, ayağımı yerə çətinliklə basırdım. Ağrı get-gedə güclənirdi, amma fikir vermirdim. Son vaxtlar isə demək olar ki, addımlamağım çətinləşdi. Həkimə müraciət etdim.Müayinədən sonra ayağımın iltihab etdiyi müəyyən olundu.

Dərhal cərrahiyyə edildi. Sən demə,nə vaxtsa ayağıma taxta tilişkəsi girib, mən də fikir vermədikcə ciddi ağrılara və iltihaba səbəb olub. Əməliyyat uğurla keçdi. Bir neçə tikiş qoyuldu".