Yaşar Nurinin səhhəti haqqında son məlumat açıqlandı

yasar-nurinin-sehheti-haqqinda-son-melumat-aciqlandi
Oxunma sayı: 645

Bunu Milli.Az-a açıqlamasında sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva söyləyib.

“Yaşarın səhhətində heç bir yenilik yoxdur. Nəfəsi ancaq həkimlərin reanimasiyada qoşduqları süni aparatdan alır. Yeganə ümid yerimiz Allah-Təalaya etdiyimiz dualardır. Onu sevən tamaşaçılardan da dualarını əsirgəməmələrini xahiş edirəm. Həkimlər ümidlərimizi qırmır. Hər dəfə dediyimi təkrar edirəm, möcüzə gözləyirik” - Rəhim xanım deyib.

Məlumat üçün bildirək ki, ötən ilin sonunda vəziyyəti ağırlaşan Yaşar Nurinin səhhətində pisləşmə iki il öncə başlayıb. Aktyor bir müddət Mərkəzi Gömrük Hospitalında müalicə almışdı. Həmin ərəfələrdə xalq artisti Türkiyənin İstanbul “Memorial” xəstəxanasında uzun müddət müalicə olunub.