Yaşayış kompleksində partlayış - Foto

yasayis-kompleksinde-partlayis
Oxunma sayı: 661

Bir neçə dəqiqə əvvəl Sabunçu rayonunda partlayış hadisəsi baş verib.

“Qafqazinfo” BakiPost.az-a istinadən xəbər verir ki, hadisə "Akkord” tikinti şirkətinə məxsus "Uğur 2” yaşayış kompleksində qeydə alınıb. Məlumata görə, kompleksdəki bina 1-də yerləşən 12-ci mənzildə qaz balonu partlayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirlirliyi cəlb olunub.