Yaşayış minimumu 173 manat proqnozlaşdırılır

yasayis-minimumu-173-manat-proqnozlasdirilir
Oxunma sayı: 3474

2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat məbləğində proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat  verib.

O  bildirib ki, bu rəqəm 2017- ci ildəki göstəricidən 11 faiz çoxdur.

***

"Qanunvericiliyə əsasən yaşayış minimunun tərkibinə 3 ildən bir baxılmalıdır”. “Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova parlamentdə deputatlara cavab verərkən  deyib.

O qeyd edib ki, İqtisadiyayt Nazirliyi bir sıra qurumları cəlb etməklə yenidən baxır: “Hazırda müvafiq elmi təşkilatların nümayəndələri ilə birgə komissiya yaradılıb.  Dünya Bankı ilə birgə bu minimum istehlak səbəti  və onu hesablanması metodikası ekspertizadan keçirilir.

Mütləq yoxsulluğun ölçülməsi tamamilə beynəlxalq təcrübəyə uyğundur. Hazırda yoxsulluğun ölçülməsinin praktikada nisbi, mütləq, çoxölüçülü metodlar var. Biz mütləq yoxsulluq modelin tətbiq edirik. 

Yaşayış minimumu adambaşına hesablanır. Bir ailənin tərkibi ortalama 4,7 nəfərə yaxındır.  Yaşayış minumumu vəsiatini cəmləyəndə də bu hardasa  800 manatdan artıq pul edir ki, buna da bir ailənin dolanması mümkündür. Biz istərdik ki, bu yaşayış minumumu həcmini artıraq. Amma mövcud qanunvericiliyə uyğun olaraq bu qədər müəyyən olunub".

***

“2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Ehtiyac meyarının həddi 116 manat məbləğində müəyyənləşib. 

Günel Türksoy