Yaşlı atasını çəkiclə qətlə yetirdi - Tovuzda dəhşət

yasli-atasini-cekicle-qetle-yetirdi
Oxunma sayı: 4092

Tovuzda oğul atasını qətlə yetirib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 1972-ci il təvəllüdlü Məsimov Rasim Müzəffər oğlu çəkiclə 1936-cı il təvəllüdlü Məsimov Müzəffər Bayram oğluna zərbələr endirərək onu qətlə yetirib.

Məlumata görə, cinayəti törədən şəxsin psixi problemləri olub. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.

Elmar Əli