Yaşlı qadınları aldadan şəxs tapıldı

yasli-qadinlari-aldadan-sexs-tapildi
Oxunma sayı: 1926

Astara rayonunda vətəndaşları aldadaraq onların kartından pul çıxarıb özünə götürən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Astara şəhər sakini C. Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın polisə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər. 

Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə “kartda pul yoxdur”- deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pulu çıxararaq mənimsəyib.

Hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Araşdırma zamanı İ.Hüseynov cari ilin avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır.