Yatağından yıxılan “Yeşilçam” ulduzu xəstəxanalıq oldu

yatagindan-yixilan-yesilcam-ulduzu-xestexanaliq-oldu
Oxunma sayı: 1890

"Yeşilçam" ulduzu Murad Soydan omba sümüyünü sındıraraq xəstəxanalıq olub.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor yatağından yıxılıb. Muradın xanımı Gül Soydan açıqlamasında "Evdə qəza keçirdi. Dərhal xəstəxanaya çatdırdıq. Qan duruldan dərmanlardan istifadə etdiyi üçün əməliyyata salınmayıb. Sabah, yaxud çərşənbə günü əməliyyat ediləcək" deyib. 

Qeyyd edək ku, Murad Soydan Cüneyt Arkın, Fatma Girik, Hülya Koçiyit, Türkan Şoray kimi "Yeşilçam" ulduzları ilə tərəf-müqabili olub. Onun ilk evliliyindən bir, ikinci evliliyindən isə 2 uşağı var.