Yataq otağından qızıl oğurlandı

yataq-otagindan-qizil-ogurlandi
Oxunma sayı: 974

Bakıda vətəndaşın evindən oğurluq edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Badamdar qəsəbəsində yaşayan 1977-ci il təvəllüdlü Ramin Yusubov evindən çıxıb bir gün sonra qayıtdıqda giriş qapısının kilidinin sındırıldığını görüb.

Evə baxış zamanı yataq otağında olan dolabın içindən dəyəri 11 min manat olan qızıl zinət əşyalarının  oğurlandığını aşkar edib.

Araşdırmalar aparılır.

Murad Əhməd