Yataqxanada yanğın, 1 nəfər xilas edildi

yataqxanada-yangin-1-nefer-xilas-edildi
Oxunma sayı: 1218

Bakıda yataqxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, paytaxtın Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 kv.m olan otaqda 2 kv.m sahədə yataq dəsti yanıb.

Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.