“Qaqfazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, namizədliyi “Yabloko” partiyası tərəfindən irəli sürülən Yavlinskiy bazar ertəsi sənədlərini Rusiya MSK-ya təqdim edib.
Parlamentdə təmsil olunan partiya təmsilçilərindən fərqli olaraq Yavlisnkiyə 2 milyondan artıq seçici imzası toplamaq lazım gələcək.
Qanunvericiliyə əsasən, prezidentliyə namizəd seçki hesabınının açılışından sonra imzatoplama kampaniyasına başlaya bilər. Toplanmış imzalar 2012-ci ilin yanvarın 18-dək MSK-ya təqdim edilməlidir.