Yaxın 3 gün ərzində hava qeyri-sabit keçəcək

yaxin-3-gun-erzinde-hava-qeyri-sabit-kececek
Oxunma sayı: 634

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək.

Nigar Məmmədli