Yaxın iki gün hava sabit keçəcək

yaxin-iki-gun-hava-sabit-kececek
Oxunma sayı: 648

Arabir güclənən cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 5-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 27-28-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Nigar Məmmədli