Yaxın Şərq ölkələrinə satılan silahların həcmi iki dəfə artıb

Yaxın Şərq ölkələrinə satılan silahların həcmi iki dəfə artıb
Oxunma sayı: 258

Yaxın Şərq ölkələrinin silah idxalı 2013-2017-ci illərdə keçmişə müqayisədə iki dəfə artıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə “Münhen Təhlükəsizlik Hesabatı 2019”-da məlumat verilib.

Hesabatda bildirilib ki, dünyada ən çox silah idxal edən 10 ölkədən 7-si Yaxın Şərqdə yerləşir. Bu ölkələrin silah idxalı 2013-2017-ci illər aralığında əvvəlki 5 illə müqayisədə iki dəfə artıb. Silah idxalının 53 faizi ABŞ-dan, 11 faizi Fransadan, 10 faizi İngiltərə və 2 faizi isə Türkiyədən reallaşdırılıb.

Qeyd edək ki, hesabat 15-17 fevral tarixlərində 80 ölkənin hökumət rəhbərləri və müdafiə nazirlərinin iştirakı ilə Münhendə keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi