Yaxın üç gün hava +25 olacaq

yaxin-uc-gun-hava-25-olacaq
Oxunma sayı: 646

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Ayrı-ayrı cənub rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 25, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Aprel ayının 05-dən 08-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Nigar