Yaxınları 84 yaşlı kişini axtarır

yaxinlari-84-yasli-kisini-axtarir
Oxunma sayı: 1156

84 yaşlı kişi itkin düşüb. Bu barədə “Qafqazinfo”ya məlumatı qohumları verib.

Bildirilib ki, Telman Ağayev dünən Sumqayıtda günorta saatlarında 10-cu mikrorayonda yaşayan qardaşıgildən çıxıb və bir daha evə qayıtmayıb. Əynində boz şalvar, qara pencək olub. 

İtkin düşən şəxs barədə polisə bildirilib, axtarış aparılır. 

Görənlərdən aşağıdakı nömrə ilə əlaqə saxlaması xahiş olunur. 055 465 24 34 Razim (oğlu)