“Yaxşı dostlarımın köməyi ilə pulla işi yoluna qoyduq”

yaxsi-dostlarimin-komeyi-ile-pulla-isi-yoluna-qoyduq
Oxunma sayı: 684

Müğənni Damla Rusiyadan deportasiya edilməsindən danışıb.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, müğənni məsələyə belə aydınlıq gətirib:

 "Qadağan olunmağımla bağlı yazılan yazılar doğrudur. Bildiyiniz kimi, mən Rusiyada həmvətənlərimizin toy məclislərində tez-tez iştirak edirəm. Elə axırıncı dəfə də  Novosibirskiyə toya gedirdim, heç əsas tapmadan girişimi qadağan etdilər. Amma bu da müvəqqətidir. Çünki orucluqdan sonra yenə də Moskvada toyda olacam. Yaxşı dostlarımın köməyi ilə pulla bu işi yoluna qoyduq”.