“Yaxşı nə varsa qayıdır!”

yaxsi-ne-varsa-qayidir-
Oxunma sayı: 639

Abunəçlərini hər zaman yenilikləri ilə sevindirən Nar Mobile daha əvvəl elan etdiyi Bumeranq tarifinin özəlliklərini təqdim edir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, tarif abunəçilərə ölkədaxili bütün istiqamətlərə heç bir abunə haqqı ödəmədən cəmi 7 qəpiyə zəng etmək imkanı yaradır.
Bumeranq tarifinin əsas xüsusiyyəti isə, istifadə olunmuş dəqiqələrin hədiyyə olaraq geri qaytarılmasıdır. Belə ki, gün ərzində danışdığınız hər ölkədaxili 7 dəqiqə üçün 7 dəqiqə hədiyyə veriləcək. Hədiyyə kimi təqdim olunan dəqiqələr həmin gün ərzində ölkədaxili zənglər üçün sərf oluna bilər. Tarif həmçinin digər xidmətlər üçün də sərfəli qiymətlər təklif edir.