“Yaxt Klub”da oğurluq

yaxt-klubda-ogurluq
Oxunma sayı: 709

Oktyabrın 6-da Dənizkənarı Milli Parkda yerləşən «Yaxt Klub»da orada ofisant işləyən Abşeron rayon sakini Yaşar Heybətov və Şirvan rayon sakini Tural Niftəliyev Belçika vətəndaşı Qraetz Vindişə məxsus içərisində 500 avro olan pul kisəsini oğurladıqları üçün Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Oktyabrın 8-də Binəqədi şossesində Lerik rayon sakini Seyranə İmanova mübahisə zəminində Xırdalan şəhər sakini Damət Mirzəyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyi üçün Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Oktyabrın 6-da Bakı şəhər sakini Gündüz Namazov Həsənoğlu küçəsində yaşayan Elgün Qasımovun mənzilindən eyvandan keçmə yolu ilə oğurluğa cəhd edərkən Nərimanov RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulub və ərazi üzrə 18-ci PB-yə təhvil verilib.

Oktyabrın 7-si saat 01 radələrində Q.Qarayev prospektində Ceyhun adlı şəxs Bakı şəhər sakini Sürəyya Layıcovaya məxsus «Hyundai» markalı avtomobili qaçırıb. İçərisindən 140 manat, mobil telefon oğurlanan avtomobil saat 07 radələrində Nizami küçəsində əzilmiş vəziyyətdə tapılıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.

Oktyabrın 7-si saat 02:25 radələrində Maştağa qəsəbəsində qəsəbə sakini Xətai Əlizadə idarə etdiyi «VAZ-21063» markalı avtomobillə Şirvan şəhər sakini Fərid Şükürovu vurub. Nəticədə o, 3 saylı xəstəxanaya yerləşdirilib və orada ölüb.

Oktyabrın 7-si saat 14:30 radələrində H.Ələsgərova küçəsində Bakı şəhər sakinləri Ruslan Hacıyev idarə etdiyi «BMW» markalı avtomobilin idarəetməsini itirərək ağaca vurub. Nəticədə, sərnişini olan anası Sürayyə Cavadova xəstəxanaya yerləşdirilib və orada ölüb.

İyulun 26-na keçən gecə Maştağa qəsəbəsi H.Heybətov küçəsində yaşayan Validə Abbasovanın evindən pəncərədən daxil olma yolu ilə içərisində 150 manat, mobil telefon, şəxsi sənədləri və kredit kartları olan əl çantası oğurlanıb. DİN BCAİ, Sabunçu RPİ 14-cü PB və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Mais Hüseynov oktyabrın 7-də tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vüqar İsmayılovdan 3 kiloqramdan artıq marixuana aşkar edilib.


Oktyabrın 6-da Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsində yerləşən yeni tikilidə yaşayan Hacıqabul rayon sakini Vüsal Cavadov bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən TYS-nın avtomobilində ölüb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ramiz Əliyev oktyabrın 6-da tutulub.