Yay gəldi, suda boğulmalar başladı - İki nəfərin cəsədi tapıldı

yay-geldi-suda-bogulmalar-basladi
Oxunma sayı: 1986

Samux rayon sakini 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlu Qarabağlar kəndi ərazisindəki su kanalında batıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışları nəticəsində onun cəsədi tapılıb.

Şəmkirdə Düz Cırdaxan kəndi ərazisindəki süni göldə isə 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu boğulub.

Hər iki şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.