“Yay məktəbi 2019” layihəsinə start verilib

yay-mektebi-2019-layihesine-start-verilib
Oxunma sayı: 1078

Yelkənli İdman Federasiyası Optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinə start verib.

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, artıq qeydiyyat  başlayıb.

Qeydiyyat zamanı 7 – 14 yaşlı uşaqların sağlamlığı, bacarıq və qabiliyyətləri nəzərə alınacaq. Hər dövr üçün kursa 10 – 15 nəfərin seçilməsi nəzərdə tutulub. Qeydiyyat və seçimlər bütün kurs dövrü davam edəcək.

1 – ci dövr 1 – 14 iyul, 2 – ci dövr 22 iyul – 4 avqust, 3 cü dövr isə 5 – 18 avqust tarixlərində baş tutacaq.

Yelkənli idman növünə kütləvi maraq və istəyi təmin etmək məqsədi ilə təşkil olunan “Yay Məktəbi”nin reallaşdırılması Azərbaycanda yelkənli idman üzrə peşəkar idmançıların yetişdirilməsi, yelkənli idmana sevginin aşılanmasına xidmət edir.

Qeyd edək ki, ətraflı məlumat almaq üçün həftə içi saat 9:00 – 18:00 arası +99412 493 73 29, +99477 497 44 05 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.