“Yay tətilində 30 səhifəlik layihə hazırlamışam”

yay-tetilinde-30-sehifelik-layihe-hazirlamisam
Oxunma sayı: 1191

““Ali təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması yönündə işlər davam etdirilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bununla bağlı onun rəhbərliyi altında İşçi Qrupun yaradıldığını bəyan edib:

“"Hesab edirəm ki, bu qanun layihəsinin müzakirələrinə və qəbuluna ciddi ehtiyac var. Mən özüm yay tətil dövründə 30 səhifəlik bir variant hazırlamışam. Eyni zamanda, qanun layihəsinin hazırlanması məsələsi Təhsil Nazirliyi ilə bir yerdə aparılır. Onların özlərinin də xeyli təklifləri var. Sadəcə, yeni tədris ilinin başlanması ilə bağlı nazirliyin işçilərinin başı qarışıqdır, əksəriyyəti yerlərdə açılışlardadır. Ona görə onların təkliflərini hələ tam əldə edə bilməmişik.

Amma hesab edirəm ki, onlar da oktyabrın 1-nə kimi təkliflərini yekunlaşdırıb, bizə təhvil verəcəklər. Həmçinin, həmin dövrə kimi kimin təklifləri olsa, mənə, İşçi Qrupuna təqdim etsin. Komitəmizin sədr müavini Bəxtiyar Əliyev də İşçi Qrupunun sədr müavinidir. Onun da təkliflərini gözləyirik”.

Günel Türksoy